Millimiz Estoniyaya qarşı - YENİLƏNİR
29.11.2024 - 09:35
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz Estoniya yığması ilə üz-üzə gələcək.
Kiprin “Kouklia Community” stadionunda təşkil olunacaq qarşılaşmanı finlandiyalı baş hakim idarə edəcək.
Matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
29 noyabr
13:00. Estoniya (U-19) - Azərbaycan (U-19)
Baş hakim: Ifeoma Kulmala (Finlandiya)
Kouklia Community stadionu.
0
0