Şəhriyar Əliyev "Turan Tovuz"dan getdi - Rəsmi
09.06.2026 - 16:38
Şəhriyar Əliyev "Turan Tovuz"dan getdi - Rəsmi

"Turan Tovuz" Şəhriyar Əliyevlə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

33 yaşlı mərkəz müdafiəçisinin klubla başa çatan müqaviləsi yenilənməyib. 

Klub Premyer Liqaya yüksəldiyi 2022/2023-cü illər mövsümündən etibarən formanı geyinən kapitana təşəkkür edib, gələcək karyerasında və şəxsi həyatında uğurlar arzulayıb.