Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində karate yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 68 kq çəki dərəcəsində mübarizə aparan İrina Zaretska 1/4 final mərhələsində Ekvatorial Qvineya idmançısı Anne Coralie Keita ilə üz-üzə gəlib.
Təmsilçimiz rəqibini 6:3 hesabı ilə məğlub edərək finala yüksəlib.
İrina həlledici görüşdə Türkiyə təmsilçisi Eda Eltemur ilə münasibətlərə aydınlıq gətirəcək.
***
13:16
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində karate yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 68 kq çəki dərəcəsində təmsilçimiz İrina Zaretska 1/4 final mərhələsində iordaniyalı rəqibi Joud Aldrousu 5:2 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra İrina Zaretska yarımfinala vəsiqə qazanıb.