Şüvəlan Ağırlıqqaldırma Mərkəzində pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib.
Apasport.az xəbər verir ki, turnirdə ölkənin müxtəlif şəhər və rayonlarından 75-dən çox idmançı qüvvəsini sınayıb.
Yarışı gənclər və idman naziri Fərid Qayıbov və digər fəxri qonaqlar izləyiblər.
Azərbaycan Kubokunun pauerliftinq üzrə mütləq çəki dərəcəsi üzrə Məhəmməd Hüseynov, Razim Muradov, Osman Allahverdiyev fərqləniblər.
Azərbaycan Kubokunun benç-press üzrə mütləq çəki dərəcəsi üzrə Azər Əliyev, Abbas Muradov, Ramil Əhmədov ilk "üçlük"də qərarlaşıblar.
Pauerliftinq üzrə Azərbaycan Kuboku
Qadınlar arasında (mütləq qalib): Zeynəb Kərimova (Bakı).
Böyüklər arasında çəki dərəcələri üzrə: Elmir Rüstəmov (66 kq), Kamran Bədəlov (74 kq), Hüseyn Həsənov (83 kq), Osman Allahverdiyev (93 kq), Vüsal Ağalarov (105 kq), Razim Hüseynov (120 kq), Məmməd Tağızadə (+120 kq).
Gənclər arasında çəki dərəcələri üzrə: Rəvan Mahmudov (59 kq), Elçin Əlizadə (66 kq), Mühəmməd Nağıyev (74 kq), Riad Səfərov (Bakı) (83 kq), Əli Əliyev (105 kq), Elvin Məmmədov (120 kq).
Benç-press üzrə Azərbaycan Kuboku
Böyüklər arasında çəki dərəcələri üzrə:Nurəddin Daşdəmirov (59 kq), Ziya Məmmədov (66 kq), Samir Məmmədov (83 kq), Abbas Muradov (93 kq), Ramil Əhmədov (105 kq), Azər Əliyev (120 kq).
Gənclər arasında çəki dərəcələri üzrə: Hüseyn Süleymanov (66 kq), Cabbar Hacıyev (74 kq), Lətif Abdullayev (83 kq), İlkin Vəliyev (93 kq), Mahir Şıxəliyev (120 kq).