“Sea Breeze 2026” turnirinin qalibi Azərbaycan komandası olub
13.09.2026 - 18:55
“Sea Breeze 2026” turnirinin qalibi Azərbaycan komandası olub

Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə “Sea Breeze 2026” beynəlxalq turnirinin qalibi müəyyənləşib.

APA Sport xəbər verir ki, final qarşılaşmasında Azərbaycanın “Elit Polo Club” komandası İsveçrənin “Sankt Moritz” kollektivini 6:4 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə Böyük Britaniyanın “Red Star” komandası Rusiyanın “Moscow Polo Club” kollektivinə 9:5 hesabı ilə qalib gəlib. Beləliklə, “Red Star” turnirin bürünc medalına sahib çıxıb.