Azərbaycan milli futzalçısının komandası məğlub olub
24.03.2008 - 11:12
Moskva. Vüqar Xeyrullayev-APA-Sport. Azərbaycan milli komandasının futzalçısı Vitali Borisovun çıxış etdiyi Rusiyanın “Dina” klubu növbəti məğlubiyyətini alıb. “APA-Sport” agentliyinin məlumatına görə, Moskva təmsilçisi güclülər dəstəsinin 19-cu turunun ilk oyununda “TTQ-Yava” klubuna 3:6 hesabı ilə uduzub. Oyunda forma geymiş V. Borisov matçın 40-cı dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. 35 oyundan sonra hesabında 46 xal olan “Dina” 8-ci yerdə qərarlaşıb. Qeyd edək ki, “Dina” bu gün “TTQ-Yava” ilə ikinci oyununu keçirəcək.
0
0