Yunanıstanda “Olimpiada-2008”-in məşəli yandırılıb
24.03.2008 - 14:48
Olimpiya estafetinə isə onun həmyerlisi, 4 il əvvəl Olimpiya oyunlarında bürünc medal qazanmış Aleksandros Nikolaidis başlayıb. Beş qitədən keçəcək məşəli daşıyacaq on minlərlə iştirakçı ümumilikdə 130 min kilometrdən çox məsafə qət edəcək. May ayının əvvəlində Çinə gətiriləcək olimpiya məşəli avqustun 6-dək ölkənin müxtəlif yerlərinə aparılacaq. Yarışların açılışana iki gün qalmış Pekinə çatdırılacaq məşəl avqustun 8-də Olimpiya stadionuna daxil olacaq. Qeyd edək ki, XXIX Yay Olimpiya oyunları avqustun 8-dən 24-dək davam edəcək və 302 dəst mükafatın sahibini müəyyənləşdirəcək.
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0