Azərbaycan futzalçısının komandası yenə məğlub olub
25.03.2008 - 13:51
Moskva. Vüqar xeyrullayev - APA-Sport. Azərbaycanın futzal üzrə milli komandasının oyunçusu Vitali Borisovun çıxış etdiyi Moskvanın «Dina» klubu növbəti oyununda da məğlub olub. «APA-Sport» agentliyinin məlumatına görə, Rusiya çempionatının güclülər dəstəsində keçirilən 19-cu turun ikinci oyununda V.Borisovun komandası «TTQ-Yava» klubuna 2:7 hesabı ilə məğlub olub. Milli komandanın futzalçısı bu matçda çıxış etməyib.
Qeyd edək ki, 36 oyundan sonra 46 xalla 8-ci yerdə qərarlaşan «Dina» növbəti matçını aprelin 7-də Ufada «Dinamo-Timal» klubuna qarşı keçirəcək.
Qeyd edək ki, 36 oyundan sonra 46 xalla 8-ci yerdə qərarlaşan «Dina» növbəti matçını aprelin 7-də Ufada «Dinamo-Timal» klubuna qarşı keçirəcək.
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
- MPK-nın nümayəndə heyəti İstanbulda Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
- AMADA-nın Müşahidə Şurasının iclası keçirilib
- Stend atıcılığı üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
- Bakıda avtomobil festivalı: Retro şou
0
0