Azərbaycan milli komandası reytinq cədvəlində bir pillə irəliləyib
29.03.2008 - 17:13
Bakı. Kənan Həsənov – APA-Sport. Beynəlxalq Qılıncoynatma Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, siyahıda yer alan Azərbaycanın sablya üzrə milli komandasının üzvlərinin mövqeyində dəyişiklik olub. Təmsilçilərimizdən ən yaxşı göstərici Janna Muradqızına məxsusdur. Xallarının sayını 22-yə çatdıran rusiyalı legioner 12 pillə irəliləyərək 90-cı sıraya yüksəlib. Millimizin digər üzvlərindən, Səbinə Əmrahzadə (16 xal) 13 pillə irəliləyib və hazırda 111-ci yeri tutur. Otuz bir pillə irəliləyən Sevil Bünyatova (10 xal) 137-ci, mövqeyini qoruyan Aidə Ələsgərova (4 xal) 189-cu pillədə qərarlaşıb. Milli komandamızın mövqeyində də dəyişiklik qeydə alınıb. Hesabında 148 xal olan yığmamız bir pillə irəliləyərək 15-ci sıraya yüksəlib.
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
- Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib - FOTO
- Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
0
0