Azərbaycan cüdoçusu Elxan Məmmədov dopinq-testdən keçib
15.04.2008 - 10:34
Lissabon. Aqşin Əliyev - APA-Sport. Cüdo üzrə Azərbaycan milli komandasını üzvü Elxan Məmmədov dopinq-testə cəlb olunub. “APA-Sport” agentliyinin məlumatına görə, Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatında fəxri kürsünün ikinci pilləsinə yüksələn 26 yaşlı idmançımız yarışdan sonra analiz verib. Onun orqanizmindən götürülmüş maddə qarşıdakı günlərdə Almaniyada laboratoriyada yoxlanılacaq. Yığmamızın üzvü çempionat ərəfəsində istifadəsi qadağan olunmuş dərman preparatından yararlanmayıbsa, onun növbəti yarışlarda iştirakına maneçilik törədilməyəcək. Əks halha, idmançımız Beynəlxalq Cüdo Federasiyası tərəfindən cəzalandırılacaq.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0