Azərbaycan güləşçiləri Antalyada “Qələbə kuboku” turnirində iştirak edəcəklər
15.04.2008 - 11:40
Antalya. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandaları Türkiyənin Antalya şəhərinə yollanacaqlar. Güləş Federasiyasından “APA-Sport” agentliyinə verilən məlumata görə, güləşçilərimiz mayın 2-də start götürəcək beynəlxalq “Qələbə kuboku” turnirinə qatılacaqlar. Üç gün davam edəcək yarışa oğlan pəhləvanlarımızdan ötən ay keçirilən ölkə çempionatının qalibləri qatılacaqlar. Qızların mübarizəsində isə iki güləşçi – Əminə Abbasova (48 kq) və Laura Məmmədova (51 kq) qüvvəsini sınayacaq.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0