Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası Avropa çempionatında iştirak edəcək
15.04.2008 - 12:15
Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycanın 18 yaşadək qızlardan ibarət həndbol üzrə milli komandası Avropa çempionatında iştirakını təsdiqləyib. Bu haqda “APA-Sport” agentliyinə Həndbol Federasiyasının rəsmisi İsgəndər Əsgərov məlumat verib. Onun sözlərinə görə, iyunda İsveçin Höteborq şəhərində keçiriləcək yarışda 24 komandanın iştirakı nəzərdə tutulub. Yelena Namaliyeva və qadınlardan ibarət milli komandanın sabiq üzvü Marina Cəfərovanın rəhbərlik etdiyi yığmamızın rəqibləri hələ müəyyənləşməyib.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0