Gəncədə Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo turniri başa çatıb
15.04.2008 - 14:48
Gəncə. Ayxan Hüseynov - APA Gəncədə Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş cüdo üzrə yeniyetmələrin şəhər birinciliyi başa çatıb. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, 9 çəki dərəcəsi üzrə keçirilən yarışın baş mükafatlarını Bayram Əliyev (46 kq), Rövşən Əliyev (50 kq), Fərid Mikayılov (55 kq), Elmuraz Qasımov (60 kq), Ruslan Rzayev (66 kq), Orxan Məmmədli (73 kq), Toğrul Verdiyev (83 kq), Fuad Xələfov (90 kq) və Kənan Rəhimov (+90 kq) qazanıb. Qızlar arasında isə yalnız 52 kq çəkidə mübarizə gedib və Raya Abutalıbova birinci yeri tutub. Qaliblər yaxın zamanlarda Zaqatalada keçiriləcək VI respublika oyunlarında şəhər yığması tərkibində çıxış edəcəklər.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0