“Azərbaycan Güləş Federasiyasının Kuboku” turnirində 10-dan çox ölkə mübarizə aparacaq
15.04.2008 - 16:31
Bakı. Elşən Məmmədov-APA-Sport. Aprelin 28-də Bakı İdman Sarayında sərbəst güləş üzrə gənclər arasında beynəlxalq turnir start götürəcək. Bu haqda «APA-Sport» agentliyinə Azərbaycan Güləş Federasiyasında (AGF) milli komandaların rəisi Yaqub Məmmədov məlumat verib. Onun sözlərinə görə «Azərbaycan Güləş Federasiyasının Kuboku» adlanan yarışda 10-dan çox ölkənin pəhləvanları mübarizə aparacaq. Artıq Rusiya, Polşa, Türkiyə, Gürcüstan, İran və İraq Güləş Federasiyaları turnirə qatılacaqlarını təsdiqləyiblər. Ölkəmiz turnirdə dörd komanda ilə təmsil olunacaq. Yığmamızın baş məşqçisi Arif Abdullayev 8 mümkün çəki dərəcəsində 30-dan çox idmançının xidmətindən yararlanacaq. Yarış iki gün davam edəcək.
0
0