Bakıda keçiriləcək Qran-Pri turnirinin baş hakimi müəyyənləşib
16.04.2008 - 12:44
Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov aprelin 21-də Bakıda start götürəcək Qran-Pri turnirinin baş hakimi olacaq. Bu haqda “APA-Sport” agentliyinə federasiyanın mətbuat katibi Tural Baxışov məlumat verib. Onun sözlərinə görə, F.Həsənovun köməkçilərinin adları yaxın günlərdə bəlli olacaq. Qran-Pri turnirinin birinci mərhələsində Azərbaycan milli komandasının üzvləri, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimovla yanaşı, Qata Kamski (ABŞ), Ruslan Ponomaryov (Ukrayna), Ernesto İnarkiyev (Rusiya), Pyotr Svidler (Rusiya), Maqnus Karlsen (Norveç), Sergey Karyakin (Ukrayna), Maykl Adams (İngiltərə), İvan Çeparinov (Bolqarıstan), Aleksandr Qrişuk (Rusiya), Etyen Bakro (Fransa), Vanq Yu (Çin) və David Navara (Çexiya) iştirak edəcək. Dairəvi sistemlə keçiriləcək turnirə mayın 6-da yekun vurulacaq.
- AMADA-nın Müşahidə Şurasının iclası keçirilib
- Stend atıcılığı üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
- Bakıda avtomobil festivalı: Retro şou
- Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyada beynəlxalq yarışda iştirak edəcək
- Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0