Avropa çempionatına qatılacaq Azərbaycan karate yığmasının heyəti açıqlanıb
16.04.2008 - 13:07
Bakı. Elşən Məmmədov – APA-Sport. Mayın 2-də Estoniyanın paytaxtı Tallində start götürəcək böyüklər arasında Avropa çempionatına qatılacaq Azərbaycan milli komandasının heyəti müəyyənləşib. Bu haqda «APA-Sport» agentliyinə yığmamızın baş məşqçisi Hidayət Şabanov məlumat verib. Onun sözlərinə görə, üç gün davam edəcək qitə birinciliyində ölkəmizi 9 karateçi təmsil edəcək. Şəxsi yarışlara Qurban Tağıyev (60 kq), Rəşad Hüseynov (65 kq), Rafael Ağayev, İsrafil Şirinov (hər ikisi 70 kq), Şahin Atamov (75 kq), Amal Atayev (80 kq), Ceyhun Ağasıyev (+80 kq) və Tale Babayev (açıq çəkidə) qatılacaq. Onlar kumite və komanda kumite döyüşlərində qüvvələrini sınayacaqlar. Qadınların mübarizəsində isə yalnız bir idmançı – Adilə Qurbanova yer alacaq. O, kata stilində qüvvəsini sınayacaq.
Millimiz Avropa çempionatına hazırlıq prosesinə sabah başlayacaq. «Musado» İdman Kompleksində keçiriləcək toplanış aprelin 30-dək davam edəcək. Ertəsi gün isə yığmamız Tallinə yola düşəcək.
Millimiz Avropa çempionatına hazırlıq prosesinə sabah başlayacaq. «Musado» İdman Kompleksində keçiriləcək toplanış aprelin 30-dək davam edəcək. Ertəsi gün isə yığmamız Tallinə yola düşəcək.
0
0