Azərbaycan sərbəst güləş yığması İsveçrəyə lisenziya xarakterli turnirə yollanıb
16.04.2008 - 13:16
Azərbaycan sərbəst güləş yığması İsveçrəyə lisenziya xarakterli turnirə yollanıb
Martini. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın sərbəst güləş üzrə yığma komandası bu gün İsveçrənin Martini şəhərinə yollanıb. “APA-Sport” agentliyinin məlumatına görə, güləşçilərimiz 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə qatılacaqlar. Aprelin 18-də start götürəcək yarışda baş məşqçi Maqomedxan Aratsilov 5 güləşçimizi sınaqdan çıxaracaq. Üç gün davam edəcək turnirin ilk günündə idmançılarımızdan döşək üzərinə Namiq Sevdimov (55 kq) çıxacaq. Ertəsi gün mübarizəyə Zəlimxan Hüseynov (60 kq), Novruz Temrezov (84 kq) və Xetaq Qazyumov (96 kq) qoşulacaq. Sonuncu gündə isə Əli İsayev (120 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, turnirə 40-dək ölkənin indiyədək Pekin Olimpiadasına lisenziyanı təmin etmədikləri çəkilərdə idmançıları qatılacaq. Hər bir çəki dərəcəsində mükafatçılar sırasına düşən dörd güləşçi Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.
0