Azərbaycan yığması reytinq cədvəlində mövqeyini qoruyub
16.04.2008 - 16:17
Bakı. Kənan Həsənov – APA-Sport. Beynəlxalq Qılıncoynatma Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, siyahıda yer alan Azərbaycanın sablya üzrə milli komandasının üzvləri mövqeyini qoruyublar. İdmançılarımızdan ən yaxşı göstərici Janna Muradqızına məxsusdur. Hesabında 22 xal olan rusiyalı legioner 90-cı sırada qərarlaşıb. Millimizin digər üzvlərindən, Səbinə Əmrahzadə (16 xal) 111-ci, Sevil Bünyatova (10 xal) 137-ci, Aidə Ələsgərova (4 xal) 189-cu pillədə yer alıb. Milli komandamızın mövqeyində də dəyişiklik qeydə alınmayıb. Hesabında 148 xal olan yığmamız 33 komandanın sıralamasında 15-ci yeri tutub.
- AMADA-nın Müşahidə Şurasının iclası keçirilib
- Stend atıcılığı üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
- Bakıda avtomobil festivalı: Retro şou
- Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyada beynəlxalq yarışda iştirak edəcək
- Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0