Azərbaycan ağırlıqqaldıranı Zülfüqar Süleymanov Avropa çempionatında xoşagəlməz hadisə ilə üzləşib
17.04.2008 - 10:02
Azərbaycan ağırlıqqaldıranı Zülfüqar Süleymanov Avropa çempionatında xoşagəlməz hadisə ilə üzləşib
S.Həsənov birdən qaldırmada 125 kq-ın, Z.Süleymanov isə 119 kq-ın öhdəsindən gəlib. Təkanla qaldırmada Z.Süleymanov xoşagəlməz hadisə ilə üzləşib. İlk iki cəhddə ardıcıllıqla 155 və 158 kq sifariş verən 26 yaşlı idmançının çıxışı uğurlu alınıb. Ancaq üçüncü cəhd zamanı nadir hal yaşanıb. Z.Süleymanov onun üçün ayrılmış 3 dəqiqə vaxtın başa çatmasına yalnız 6 saniyə qalmış podiuma çıxıb və 160 kq-lıq ştanqı başı üzərinə qaldırmağı bacarmayıb. Yığma üzvünün hansı səbəbdən podiuma gec çıxması məlum deyil. Bununla da nəticəsini yaxşılaşdıra bilməyən Z.Süleymanov “kiçik bürünc”lə kifayətlənib. Yekunda o, 277 kq nəticə ilə 15 nəfər arasında 5-ci olub. İki hərəkətin cəminə görə 275 kq qaldıran S.Həsənov 6-cı yeri tutub. Növbəti günlərdə milli komandamızın üzvlərindən Turan Mirzəyev, Əfqan Bayramov (hər ikisi 69 kq), Namiq Cəmilov (77 kq), İntiqam Zairov (85 kq), Əlibəy Səmədov və Rövşən Fətullayev (hər ikisi 94 kq) qüvvəsini sınayacaq.
0