Azərbaycan damaçısı dünya çempionatının bürünc medalına sahib çıxıb
17.04.2008 - 15:25
Bakı. Aqşin Əliyev - APA-Sport. 23 yaşadək damaçılar arasında Almaniyanın paytaxtı Berlində dünya çempionatına start verilib. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanın şərəfini Elşən Zeynalov və Məhəmməd Mehdiyev qoruyur. Reqlamentə əsasən, öncə blits turnir keçirilib. Həmyerlimiz E.Məmmədov 32 mümkün xaldan 23-nü toplayaraq, dünya çempionatının bürünc medalını qazanıb. Çempion tituluna isə ukraynalı Sergey Beloşeyev (30 xal) sahib çıxıb. Daha sonra 64 xanalı (Braziliya versiyası) dama üzrə dairəvi sistemə uyğun olaraq, yarış başlanıb. İştirakçılar aprelin 23-dək 9 turda üz-üzə gələcəklər.
- Sona Ağayeva dünya reytinq cədvəlinin 8-ci pilləsinə yüksəlib
- Süleyman Ələkbərov Almatıda “ən yaxşı gənc velosipedçi” seçilib
- Azərbaycan Avropada ilk ölkələr sırasında - FOTO
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
0
0