Azərbaycan güləşçiləri İstanbulda beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar
17.04.2008 - 18:17
İstanbul. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandası Türkiyənin İstanbul şəhərinə yollanacaq. Bu haqda “APA-Sport” agentliyinə millimizin baş məşqçisi Ağalar Aslanov məlumat verib. Onun sözlərinə görə, komandamız mayın 9-da start götürəcək beynəlxalq turnirə qatılacaq: “Əslində, biz 24-27 apreldə Almaniyanın Frankfurt şəhərində beynəlxalq turnirdə qüvvəmizi sınamalı idik. Lakin Almaniya Güləş Federasiyası faks göndərərək, yarışın baş tutmayacağını bildirdi. Bu səbəbdən başqa turnirdə çıxış etməyi qərara aldıq”.
- Sona Ağayeva dünya reytinq cədvəlinin 8-ci pilləsinə yüksəlib
- Süleyman Ələkbərov Almatıda “ən yaxşı gənc velosipedçi” seçilib
- Azərbaycan Avropada ilk ölkələr sırasında - FOTO
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
0
0