Azərbaycanın qadın güləşçiləri Odessaya yollanacaqlar
18.04.2008 - 11:53
Odessa. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın qadın güləşi üzrə yığma komandası Ukraynanın Odessa şəhərinə yollanacaq. Bu haqda “APA-Sport” agentliyinə millimizin baş məşqçisi Nazim Əlicanov məlumat verib. Onun sözlərinə görə, güləşçilərimiz aprelin 30-da start götürəcək beynəlxalq turnirdə mübarizə aparacaqlar. İki gün davam edəcək yarış yalnız qadınlar arasında keçiriləcək. N.Əlicanov turnirə əsas heyət üzvlərini aparmaq niyyətində olduğunu bildirib: “Kommersiya xarakteri daşıdığından və mükafat fondu yüksək olduğundan, bütün ölkələr bu ənənəvi turnirə ən güclü idmançılarını gətirirlər. Biz də kim daha hazırlıqlı olsa, onu aparacağıq”.
- Sona Ağayeva dünya reytinq cədvəlinin 8-ci pilləsinə yüksəlib
- Süleyman Ələkbərov Almatıda “ən yaxşı gənc velosipedçi” seçilib
- Azərbaycan Avropada ilk ölkələr sırasında - FOTO
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
0
0