Azərbaycan çempionatının qalibləri müəyyənləşib
18.04.2008 - 16:18
Bakı. Elşən Məmmədov-APA-Sport. Bakı Olimpiya Kompleksində keçirilən kişilər və qadınlar arasında stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub. Yarışın baş hakimi Aleksandr Zudovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, ölkə birinciliyində 130-dək tennisçi fərdi, qoşa, qarışıq və komanda yarışlarında qüvvəsini sınayıb. Fərdi mübarizədə kişilərdən Ramil Cəfərov, qadınlardan isə Roza Moiseyeva birinci yeri tutub. Kişilərin qoşa yarışında Fərhad İsmayılov – Vaqif Məmmədov, qadınlardan isə Rüfət Quliyeva - Leyla Şirvani dueti fərqlənib. Qarışıq mübarizədə Əli Bayramov – Rüfət Quliyeva cütü hamıdan güclü olub. Ümumi komanda hesabında isə həm kişi, həm də qadınların yarışında “Təhsil” İdman Cəmiyyəti ən yüksək nəticə göstərib.
- Sona Ağayeva dünya reytinq cədvəlinin 8-ci pilləsinə yüksəlib
- Süleyman Ələkbərov Almatıda “ən yaxşı gənc velosipedçi” seçilib
- Azərbaycan Avropada ilk ölkələr sırasında - FOTO
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
0
0