Azərbaycanın daha bir güləşçisi Pekin Olimpiadasına lisenziya qazanıb
19.04.2008 - 09:58
N. Sevdimov turnirdə Hyo-Sub Kimlə (Cənubi Koreya) keçirdiyi ilk görüşdə məğlubiyyətlə üzləşsə də, rəqibinin finala vəsiqə qazanması səbəbindən təsəlliverici qarşılaşmalara qatılıb. Bu mərhələdə iki görüş keçirən həmyerlimiz əvvəlcə Viniçius Pedrozaya (Braziliya), sonra isə Con Pinedaya (Kanada) qalib gəlib. Bununla da həmyerlimiz bürünc medal qazanmaqla yanaşı, ilk dörd mükafatçı sırasına düşərək, qarşıdakı Olimpiadaya sərbəst güləş növündə üçüncü lisenziyanı təmin edib. İndiyədək güləşin bu növündə Emin Əzizov (66 kq) və Çamsulvara Çamsulvarayev (74 kq) Pekinə vəsiqə qazanıblar.
- Sona Ağayeva dünya reytinq cədvəlinin 8-ci pilləsinə yüksəlib
- Süleyman Ələkbərov Almatıda “ən yaxşı gənc velosipedçi” seçilib
- Azərbaycan Avropada ilk ölkələr sırasında - FOTO
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
0
0