Azərbaycan ağırlıqqaldıranı Namiq Cəmilov Avropa çempionatında 9-cu yeri tutub
19.04.2008 - 11:04
Linyano. Elşən Məmmədov - APA-Sport. İtaliyanın Linyano şəhərində keçirilən Avropa çempionatında Azərbaycanın daha bir ağırlıqqaldıranı qüvvəsini sınayıb. “APA-Sport” agentliyinin məlumatına görə, bu dəfə 77 kq çəki dərəcəsində çıxış edən Namiq Cəmilov körpücük üzərinə çıxıb. A qrupunda yer alan həmyerlimiz birdən qaldırmada 145 kq nəticə ilə 11-ci yeri tutub. Təkanla isə o, 180 kq ağırlıq qaldıraraq, 8-ci olub. İki hərəkətin cəmində 325 kq nəticə göstərən N. Cəmilov 22 idmançı arasında 9-cu yerlə kifayətlənib.
Qeyd edək ki, aprelin 21-də yekun vurulacaq qitə birinciliyində daha 3 idmançımız - İntiqam Zairov (85 kq), Əlibəy Səmədov və Rövşən Fətullayev (hər ikisi 94 kq) bacarıqlarını nümayiş etdirəcəklər. İndiyədək qüvvəsini sınamış ağırlıq qaldıranlarımızdan yalnız Zülfüqar Süleymanov (62 kq) və Turan Mirzəyev (69 kq) kiçik bürünc medalla kifayətləniblər.

- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
0
0