Azərbaycanın sərbəst güləşçiləri Olimpiya lisenziyalı turnirdə ¼ finala vəsiqə qazanıblar - YENİLƏNİB
19.04.2008 - 12:42
Martini. Elşən Məmmədov-APA-Sport. İsveçrənin Martini şəhərində keçirilən sərbəst güləş üzrə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli I təsnifat turnirində bu gün Azərbaycanın daha 3 idmançısı döşək üzərinə çıxıb. «APA-Sport» agentliyinin məlumatına görə, 60 kq çəkidə çıxış edən Zəlimxan Hüseynovun yığmamızda debütü uğurlu alınıb. Mübarizəyə 1/16 final mərhələsindən qoşulan çeçen əsilli Z.Hüseynov ilk qarşılaşmada Malxaz Kurdianini (Gürcüstan) məğlub edib. O, növbəti görüşünü belaruslu Məhəmmədkamil Məhəmmədu ilə keçirib. Pəhləvanımız bu sınaqdan da uğurla çıxıb. ¼ finalda Z.Hüseynovun rəqibi Sanq-Man Park (Cənubi Koreya) olacaq. Digər pəhləvanlarımız Novruz Temrezov (84 kq) və Xetaq Qazyumov (96 kq) isə yarışa 1/16 finaldan başlayıblar. N.Temrezov Ce Hyun No (Cənubi Koreya) ilə üz-üzə gəlib və asan qələbə qazanıb. O, növbəti görüşündə Arpad Ritteri (Macarıstan) də məğlub edib. Avropa çempionatının bürünc mükafatçısı ¼ finalda Roerlandi Zuniqa Herrera (Kuba) ilə qarşılaşacaq. X. Qazyumov isə ilk görüşündə Viktor Boqdanovu (Makedoniya) məğlubiyyətə uğradıb. 1/8 finalda Ruslan Şeyxovu (Belarus) da məğlub edən güləşçimiz növbəti mərhələyə yüksəlib. X.Qazyumov ¼ finalda Nikolay Çterevlə (Bolqarıstan) qarşılaşacaq.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0