Azərbaycan idmançıları dünya çempionatında 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar
19.04.2008 - 13:17
Bakı. Elşən Məmmədov – APA-Sport. Tailandın paytaxtı Banqkokda "Dünya Döyüş Sənətləri Oyunları» çərçivəsində dünya çempionatı keçirilib. «APA-Sport» agentliyinin məlumatına görə, yarışda çıxış edən Azərbaycan idmançıları 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Kikboks yarışlarında Eldar Qazıbəyov (81 kq) və Araz Musayev (71 kq) birinci yeri tutublar. Elman Qazıbəyov (86 kq) isə finalda uduzaraq, ikinci yerlə kifayətlənib. Həmçinin, “Muay Tay” döyüşlərində Ruslan Musayev (60 kq) üçüncü yerə layiq görülüb.
- Sona Ağayeva dünya reytinq cədvəlinin 8-ci pilləsinə yüksəlib
- Süleyman Ələkbərov Almatıda “ən yaxşı gənc velosipedçi” seçilib
- Azərbaycan Avropada ilk ölkələr sırasında - FOTO
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
0
0