Bu gündən Azərbaycanda idman telekanalının açılması ilə əlaqədar sənəd qəbuluna start verilib
21.04.2008 - 10:31
Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gündən Azərbaycanda idman televiziya kanalının açılması ilə əlaqədar olaraq elan edilən müsabiqə üzrə sənəd qəbulu başlanıb. Milli Televiziya və Radio Şurasından (MTRŞ) APA-ya verilən məlumata görə, sənəd qəbulu mayın 21-nə qədər davam edəcək. Sonrakı bir ay ərzində isə MTRŞ sənəd qəbulunun nəticələrini müzakirə edərək müsabiqənin qalibini müəyyənləşdirəcək.
Qeyd edək ki, MTRŞ Azərbaycanda olimpiya hərəkatının genişlənməsini, idmana xüsusi dövlət qayğısının artmasını nəzərə alaraq idman kanalının açılması barədə qərar qəbul edib.
Qeyd edək ki, MTRŞ Azərbaycanda olimpiya hərəkatının genişlənməsini, idmana xüsusi dövlət qayğısının artmasını nəzərə alaraq idman kanalının açılması barədə qərar qəbul edib.
- Sona Ağayeva dünya reytinq cədvəlinin 8-ci pilləsinə yüksəlib
- Süleyman Ələkbərov Almatıda “ən yaxşı gənc velosipedçi” seçilib
- Azərbaycan Avropada ilk ölkələr sırasında - FOTO
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
0
0