Otüstü hokkey üzrə Azərbaycan çempionatı aprelin 26-da start götürəcək
24.04.2008 - 12:30
Bakı. Aqşin Əliyev - APA-Sport. Aprelin 26-da otüstü hokkey üzrə növbəti Azərbaycan çempionatı start götürəcək. Azərbaycan Otüstü Hokkey Federasiyasından “APA-Sport” agentliyinə verilən məlumata görə, kişilər yarışında 12 klub 2 yarımqrupda mübarizə aparacaq. “Şahdağ” (Qusar), “Kür” (Mingəçevir), “Təhsil” (Bakı), “Xəzər” (Lənkəran), “Astara” (Astara) və “Akkord” (Bakı) A, “Atasport”, “Gənclik” (Sumqayıt), “Göytəpə” (Cəlilabad), “Gəncə”, “Şəki” və “Olimp” (Masallı) komandaları isə B yarımqrupunda yer alıb. İlkin mərhələdə klublar bir dövrəli sistem üzrə yarışacaqlar. Daha sonra hər yarımqrupun iki ən güclüsü 1-4-cü yerlər uğrunda qüvvələrini sınayacaqlar. Eyni zamanda, analoji sistemlə aşağı pillələrdə qərarlaşanlar 5-8-ci və 9-12-ci yerlər uğrunda bir-biri ilə üz-üzə gələcəklər. Çempionata bu il noyabrın 2-də yekun vurulacaq.
Qadınların yarışı isə aprelin 27-də başlanacaq. Budəfəki çempionatın əsas özəlliyi yığmanın baza klubu sayılan “Atasport”un da mübarizəyə qoşulmasındadır. “Atasport”dan başqa, “Atasport-2”, “Təhsil” (Bakı), “Xəzər” (Lənkəran) və “Şahdağ” (Qusar) komandaları da çempionata qatılacaqlar.

0
0