Zemfira Meftahəddinova: “İradə Aşumovanın olimpiadada iştirakına imkan yaradılmaması ədalətsizlikdir”
25.04.2008 - 13:54
Zemfira Meftahəddinova: “İradə Aşumovanın olimpiadada iştirakına imkan yaradılmaması ədalətsizlikdir”
Onun bildirdiyinə görə, Beynəlxalq İdman Atıcılığı Federasiyasının (İSSF) İ.Aşumovanın olimpiadada iştirakına imkan yaratmaması ədalət prinsiplərinə ziddir: “Əlbəttə, bu yarışa birbaşa lisenziya qazanmağımız yaxşı olardı. Ancaq federasiyanın Aşumovaya yox, təkcə mənə “wild-card” verməsi düzgün deyil. Çünki mənim kimi, İradə xanım da lisenziya qazanmayan idmançıların siyahısında zirvədə yer almışdı”. Sidney olimpiadasının qalibi “wild-card” almaq üçün seçim imkanının yaradılmadığını vurğulayıb: “Bizim seçim imkanımız yox idi. Yəni, İSSF rəhbərliyi Azərbaycana ayrılan yeganə “wild-card”ın mənə və ya Aşumovaya təqdim olunması ilə bağlı seçimi özü edib. Sadəcə, rəsmi qərar açıqlanıb və olimpiadaya Azərbaycanın bir stend atıcısının qatılacağı məlum olub”. Yay Olimpiya Oyunlarında uğurlu çıxış edəcəyinə inanan 46 yaşlı idmançı söyləyib ki, Pekinə birbaşa lisenziya qazanmaması ona mənfi təsir göstərməyəcək: “Bununla əlaqədar narahatçılığım yoxdur. Mən Sidney olimpiadasına da “wild-card”la getmişdim. Buna baxmayaraq, qızıl medal qazandım. Eyni uğuru Pekində də təkrarlamaq istəyirəm”.
0