Azərbaycan güləşçiləri İrana yollanacaqlar
25.04.2008 - 15:04
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandaları İranın Arak şəhərinə yollanacaq. Bu haqda «APA-Sport» agentliyinə Güləş Federasiyasının rəsmisi Mətləb Abdullayev məlumat verib. Onun sözlərinə görə, pəhləvanlarımız mayın 22-də start götürəcək beynəlxalq «Martyrs Cup» turnirində qüvvələrini sınayacaqlar. İki gün davam edəcək yarış 15 - 20 iyulda Slovakiyanın Koşitse şəhərində keçiriləcək Avropa birinciliyi və 29 iyul – 3 avqustda Türkiyənin İstanbul şəhərində təşkil olunacaq dünya çempionatına hazırlıq xarakteri daşıyacaq.
Qeyd edək ki, İrana yola düşməmişdən öncə gənc sərbəst güləşçilərimiz aprelin 29-da Bakı İdman Sarayında baş tutacaq «Azərbaycan Güləş Federasiyasının Kuboku» adlı beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar. «Klassiklər»imiz isə 9 – 11 mayda Türkiyənin İstanbul şəhərində keçiriləcək beynəlxalq turnirə qatılacaqlar.

- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0