Azərbaycan şahmatçısı Rauf Məmmədov Avropa çempionatında üçüncü pillədə qərarlaşıb
27.04.2008 - 10:46
Bakı. Kənan Həsənov - APA-Sport. Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan şahmat üzrə şəxsi Avropa çempionatında VI turun oyunları başa çatıb.
«APA-Sport» agentliyinin məlumatına görə, kişilərin birinciliyində Azərbaycan milli komandasının üzvü Rauf Məmmədov uğurlu çıxışını davam etdirir. Hesabında 5 xal olan qrossmeysterimiz 3-cü sırada yer alıb. R.Məmmədov bu gün VII tur çərçivəsində rusiyalı Pavel Trequbovla qarşılaşacaq. Digər təmsilçilərimizdən Qədir Hüseynovla Nicat Məmmədov 4, Eltac Səfərli 2,5, Fərhad Tahirov 2 xal toplayıb.
Qadınların yarışında Nərmin Kazımova, İlahə Qədimova, Xəyalə İsgəndərova, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovanın hesabında 3,5 xal var və onlar liderlər qrupunda yer alan şahmatçılardan 1,5 xal geri qalırlar. Autsayderlər qrupunda yer alan Nərgiz Umudova ilə Gülnar Məmmədova 2,5 xal toplayıb.
Qeyd edək ki, 11 turdan ibarət olan Avropa çempionatının mükafat fondu 140 min avro həcmində müəyyənləşdirilib.

- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
0
0