Azərbaycan idmançılarının Pekin olimpiadasına qazandıqları lisenziyaların sayı 35-ə çatıb
30.04.2008 - 15:00
20 yaşlı idmançı Yay Olimpiya Oyunlarında qüvvəsini sınayacaq ilk azərbaycanlı çapar kimi idman tariximizə düşəcək. Bundan başqa, kişilərdən ibarət sərbəst güləş yığmamız Pekinə tam heyətlə, yəni 7 pəhləvanla yollanacaq. Bu, 120 kq çəki dərəcəsində mübarizə aparan Əli İsayevin bu gün olimpiadada iştirak hüququna yiyələnməsindən sonra dəqiqləşib. Ümumiyyətlə, Azərbaycan avqustun 8-dən 24-dək Çinin paytaxtında baş tutacaq dördilliyin ən mötəbər yarışında güləş (12 lisenziya), cüdo (6), ağır atletika (5), bədii gimnastika (3), atletika (2), boks (2), üzgüçülük (2), taekvondo (1), atçılıq (1) və atıcılıq (1) növlərində təmsil olunacaq. İdmançılarımızın qarşıdakı günlərdə daha bir neçə lisenziyaya sahib çıxacaqları gözlənilir.
- “Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib
- Formula 1-in 2027-ci il təqvimi: Azərbaycan Qran-prisinin tarixi bəlli oldu
- Surfkastinq üzrə ölkə çempionatı keçiriləcək
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
0
0