“Qarabağ veteranları” klubu Azərbaycan çempionatını ikinci pillədə başa vurub
30.04.2008 - 17:20
Bakı. Aqşin Əliyev - APA-Sport. Bu gün futzal üzrə XIV Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, Bakı İdman Sarayında iki matç baş tutub. Vaxtından qabaq çempionluğu təmin etmiş “Araz” klubu “Sumqayıt”ı sınağa çəkib. Daha yaxşı oynayan Naxçıvan təmsilçisi yarışda 13-cü qələbəsini qazanıb - 5:2. “Qarabağ veteranları” da TT-nin qapısına 5 top vurub. Rəqib komanda bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Beləliklə, “Qarabağ veteranları” çempionatda çıxışını bitirib. Nazim Mehrəliyevin rəhbərlik etdiyi kollektiv gümüş medallara yiyələnib. Ölkə birinciliyinin qalan 3 oyunu isə may 2-də və 5-də keçiriləcək.
| Klub | o | q | h | m | t | x |
1 | Araz | 15 | 13 | 1 | 1 | 155-33 | 40 |
2 | Qarabağ vet. | 16 | 8 | 3 | 5 | 78-47 | 27 |
3 | TT | 14 | 6 | 2 | 6 | 99-52 | 20 |
4 | Sumqayıt | 14 | 5 | 4 | 5 | 65-41 | 19 |
5 | Futbol+ | 15 | 0 | 0 | 15 | 32-256 | 0 |
0
0