İvan Çeparinov: “Azərbaycan şahmatçıları riskli oyuna üstünlük verirlər”
30.04.2008 - 17:51
İvan Çeparinov: “Azərbaycan şahmatçıları riskli oyuna üstünlük verirlər”
Bakı. Anar Cəfərsoy – APA-Sport. “Görüşün əvvəlində bərabər oynadıq. Sonradan üstünlüyü ələ keçirdim. Lakin sona doğru vəziyyət dəyişdiyindən heç-heçəyə razılaşdım”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Bakıda keçirilən Qran-Pri turnirinin IX turu çərçivəsində həmyerlimiz Vüqar Həşimovla heç-heçə edən İvan Ceparinov deyib. Bolqarıstanlı şahmatçı yığmamızın iki üzvündən xal almasının səbəbini belə izah edib: “Şəhriyar Məmmədyarovu məğlub edib, Vüqarla heç-heçə oynadım. Hər iki şahmatçınız riskli oyuna üstünlük verir. Növbəti turda qarşılaşacağım Teymur Rəcəbov isə çox vaxt risk etmir. Görüşün maraqlı olacağını düşünürəm”.
V.Həşimovun isə oyunla bağlı fikri belə olub: “Yenilik etmək istəyirdim. Amma bu məndə o qədər də yaxşı alınmadı. Qata Kamskini məğlub edərkən ağ fiqurlarla oynayırdım. Aşağı pillələrdə qərarlaşan Çeparinovla görüşdə isə qaralarla mübarizə apardım. Sabah istirahət günündə futbol oynayacağıq”.
0