Bakıda keçirilən FİDE Qran-Pri turnirində Aleksandr Qrişuk vahid liderdir
01.05.2008 - 09:48
Bakı. Kənan Həsənov - APA-Sport. Bakıda təşkil olunan FİDE Qran-Pri turnirində IX turun oyunları başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, 162000 avro mükafat fondu olan yarışda çıxış edən Azərbaycan qrossmeysterlərindən ikisi növbəti qələbəsini qazanıb. Şəhriyar Məmmədyarov David Navaranı (Çexioya), Teymur Rəcəbov isə Qata Kamskini (ABŞ) məğlub edib. Vüqar Həşimovla bolqarıstanlı İvan Çeparinovun oyununda heç-heçə qeydə alınıb. Hesabat turu çərçivəsində keçirilən digər görüşlərdə Aleksandr Qrişuk (Rusiya) həmyerlisi Ernesto İnarkiyevə, Maykl Adams (İngiltərə) Pyotr Svidlerə qalib gəlib. Etyen Bakro (Fransa) - Van Yue (Çin), Maqnus Karlsen (Norveç) - Sergey Karyakin (Ukrayna) oyunlarında heç-heçə olub.
Doqquz görüşdən sonra turnir cədvəlinə 6 xalla A.Qrişuk başçılıq edir. Lideri hərəyə 5,5 xal toplayan V.Həşimov və V.Yue izləyir. T.Rəcəbovla Ş.Məmmədyarovun hesabında 5 xal var. Turnir iştirakçıları bu gün istirahət edəcəklər. Sabah isə X tur çərçivəsində daha 7 oyun keçiriləcək: Ş.Məmmədyarov – A.Qrişuk, T.Rəcəbov - İ.Çeparinov, V.Həşimov – S.Karyakin, Q.Kamski – V.Yue, P.Svidler - E.Bakro, M.Karlsen – D.Navara, E.İnarkiyev - M.Adams.

0
0