“Çelsi” tarixində ilk dəfə Çempionlar Liqasının finalında oynayacaq
01.05.2008 - 10:21
London. Elşən Məmmədov-APA-Sport. İngiltərənin “Çelsi” klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Londonda “Stemford Bric” stadionunda keçirilən yarımfinal mərhələsinin cavab görüşündə “Çelsi” İngiltərənin digər təmsilçisi “Liverpul”u məğlubiyyətə uğradıb. Bu komandalar arasındakı təkrar qarşılaşmanın əsas vaxtı ilk matçda olduğu kimi, 1:1 hesabı ilə başa çatıb. Əlavə 30 dəqiqəlik vaxtda “Liverpul” “Çelsi”nin vurduğu 2 qoldan yalnız birinin əvəzini çıxa bilib. Bununla da londonlular son dörd mövsümdə 3-cü cəhddə baş məşqçi Rafael Benitesin komandasını mübarizədən kənarlaşdırmağı bacarıblar. Bu klublar 2004-2005 və 2006-2007 mövsümlərində də ÇL-in yarımfinalında üz-üzə gəliblər, lakin hər iki halda finala vəsiqəni “Liverpul” əldə edib. Mayın 21-də Rusiyanın paytaxtı Moskvada “Lujniki” stadionunda keçiriləcək həlledici qarşılaşmada “Çelsi”nin rəqibi İngiltərənin daha bir təmsilçisi “Mançester Yunayted” olacaq. ÇL tarixində indiyədək iki ölkə komandasının finalda görüşməsi halı iki dəfə baş verib. Belə ki, İspaniyanın “Real” və “Valensiya” klubları 1999-2000, İtaliyanın “Milan” və “Yuventus” komandaları isə 2002-2003 mövsümlərində üz-üzə gəliblər.
“Çelsi” (İngiltərə) – “Liverpul” (İngiltərə) – 3:2 (əlavə vaxtda – 2:1)
Droqba, 33, 105, Lempard, 97-penalti ilə – Torres, 65, Babel, 117
İlk oyun – 1:1
Qeyd edək ki, “Mançester Yunayted»lə «Çelsi» həm də İngiltərə Premyer Liqasında çempionluq uğrunda mübarizə aparırlar.
“Çelsi” (İngiltərə) – “Liverpul” (İngiltərə) – 3:2 (əlavə vaxtda – 2:1)
Droqba, 33, 105, Lempard, 97-penalti ilə – Torres, 65, Babel, 117
İlk oyun – 1:1
Qeyd edək ki, “Mançester Yunayted»lə «Çelsi» həm də İngiltərə Premyer Liqasında çempionluq uğrunda mübarizə aparırlar.
0
0