Bodibildinq üzrə Azərbaycan çempionatı Əli Bayramlıda keçiriləcək
01.05.2008 - 12:46
Əli Bayramlı - APA-Sport. Bodibildinq üzrə növbəti Azərbaycan çempionatı Əli Bayramlıda keçiriləcək. Bu barədə “APA-Sport” agentliyinin Mil-Muğan bürosuna Əli Bayramlı şəhər gənclər və idman idarəsinin rəisi Azər Quliyev məlumat verib. Onun bildirdiyinə görə, Azərbaycan Bodibildinq Federasiyası və Əli Bayramlı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə mayın 11-də baş tutacaq ölkə çempionatı mərhum prezident Heydər Əliyevin 85 illik yubileyinə həsr olunacaq. Adətən Bakıda keçirilən yarışın bu dəfə Əli Bayramlıya təyin olunmasında əsas məqsəd bodibildinqi regionlarda təbliğ etməkdir.
- “Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib
- Formula 1-in 2027-ci il təqvimi: Azərbaycan Qran-prisinin tarixi bəlli oldu
- Surfkastinq üzrə ölkə çempionatı keçiriləcək
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
0
0