Azərbaycanın basketbol yığması Türkiyədə beynəlxalq turnirə qatılacaq
01.05.2008 - 13:58
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın Xüsusi Olimpiya Komitəsi nəzdində fəaliyyət göstərən basketbol üzrə yığma komanda Türkiyənin İstanbul şəhərinə yollanacaq. «APA-Sport» agentliyinin məlumatına görə, millimiz mayın 26-da start götürəcək Avropa miqyaslı beynəlxalq turnirə qatılacaq. Altı gün davam edəcək turnirdə ölkəmiz 13 nəfərlik nümayəndə heyəti ilə təmsil ediləcək. Onlardan 8-i basketbolçu, qalanları isə rəsmi şəxslərdən ibarət olacaq. Yarışa qitənin 17 ölkəsinin qatılacağı gözlənilir.
- “Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib
- Formula 1-in 2027-ci il təqvimi: Azərbaycan Qran-prisinin tarixi bəlli oldu
- Surfkastinq üzrə ölkə çempionatı keçiriləcək
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
0
0