Azərbaycan Qış İdmanı Federasiyasının vitse-prezidenti: “Bakıda müsəlman ölkələrinin fiqurlu konkisürmə məktəbini yaratmaq istəyirik”
01.05.2008 - 16:16
“APA-Sport” agentliyinin məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Qış İdmanı Federasiyasının vitse-prezidenti Fuad Quliyev söyləyib. F.Quliyev ciddi planlar üzərində çalışdıqlarını bildirib: “Biz hazırda tanınan mütəxəssislərlə məsləhətləşmələr aparırıq. Bakıda müsəlman ölkələrinin fiqurlu konkisürmə üzrə məktəbini yaratmaq istəyirik. Dövlət də bu işdə köməklik göstərəcək. Bakıda buz örtüyü istifadəyə veriləcək. Amma bu, bir günün işi deyil”. Federasiya rəsmisi tanınmış kanadalı hakimin növbəti ildən ölkəmizin şərəfini qoruması üçün danışıqlar aparıldığını və bu məsələnin də yaxın gələcəkdə müsbət həllini tapacağını qeyd edib.
- “Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib
- Formula 1-in 2027-ci il təqvimi: Azərbaycan Qran-prisinin tarixi bəlli oldu
- Surfkastinq üzrə ölkə çempionatı keçiriləcək
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
0
0