Olimpiya çempionu Tatyana Navka: “Bakıda qara kürünün də dadına baxdım”
01.05.2008 - 17:27
Bakı. Kənan Həsənov - APA-Sport. “Bakıda diqqətimi ilk öncə hədsiz qonaqpərvərlik cəlb etdi. Dadlı yeməkləriniz çox xoşuma gəldi. Qara kürünün də dadına baxdım”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri mətbuat konfransında fiqurlu konkisürmə üzrə olimpiya, dünya və Avropa çempionu Tatyana Navka söyləyib. Rusiyalı idmançı bu gün təşkil olunacaq “Buz Simfoniyası” şousunda da azarkeşlərdən isti münasibət gözlədiyini bildirib: “Bu, Bakıya ilk səfərimdir. Amma dəvət olsa, yenə gələrəm. Şounu izləyəcək azarkeşlərə unudulmaz anlar yaşadacağıq. Əvəzində isə onlardan isti münasibət gözləyirik”.
- “Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib
- Formula 1-in 2027-ci il təqvimi: Azərbaycan Qran-prisinin tarixi bəlli oldu
- Surfkastinq üzrə ölkə çempionatı keçiriləcək
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
0
0