“Atasport” klubunun çıxış edəcəyi avrokubokların təqvimi müəyyənləşib
01.05.2008 - 18:05
Bakı. Aqşin Əliyev - APA-Sport. Otüstü hokkey üzrə Avropa Klub Çempionları yarışının təqvimi müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, həm kişilərin, həm də qadınların turnirində ölkəmizi “Atasport” təmsil edəcək. Kişilərdən ibarət komandamız Slovakiyanın Bratislava şəhərində keçiriləcək Avropa Klub Çempionları Çelenc-3 yarışında qüvvəsini sınayacaq. B qrupunda yer alan “Atasport” “Epitok” (Macarıstan), “Tempu” (Finlandiya) və yerli “Pliva Lipovçi”nu sınağa çəkəcək. Matçlar müvafiq olaraq, mayın 8-də, 9-da və 10-da oynanılacaq. “Atasport” qarşıya qoyulan məqsədə çatmaq üçün qrup mərhələsini minimum ikinci pillədə başa vurmalıdır. Kişi hokkeyçilərimiz ilkin mərhələni uğurla adlayacaqları təqdirdə, A qrupunda ilk iki sırada qərarlaşan klublardan biri ilə görüşəcəklər. Bratislavada ən yaxşı nəticə göstərəcək iki komanda növbəti mövsüm Çelenc-2 yarışında iştirak hüququna yiyələnəcək.
Qadınlardan ibarət “Atasport” isə mayın 9-da Almaniyanın Köln şəhərində mübarizəyə qoşulacaq. Tahir Zamanın rəhbərlik etdiyi kollektiv ilk turda Rusiyanın “Volqa Telekom”, ertəsi gün isə Litvanın “Siaulay” klublarına qarşı çıxış edəcək. Mayın 11-də “Atasport” dəfələrlə Avropa Klub Çempionları Kubokunu qazanmış “Hertogenboş”la (Hollandiya) oynayacaq. Turnirin finalında, mayın 12-də qrup qalibləri qarşılaşacaqlar. Ən zəif iki klub isə aşağı diviziona yuvarlanacaq.

- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
- AMADA nümayəndələri beynəlxalq vebinarda iştirak ediblər
- Azərbaycanın kamandan oxatma üzrə qadınlardan ibarət yığması Asiya Kubokunda qızıl medal qazanıb
- Süleyman İsmayılzadə və Məryəm Cavadova Dakar-2026-da Azərbaycanın bayraqdarları olacaq
0
0