Azərbaycan qılıncoynadanı Səbinə Əmrahzadə Pekin Yay Olimpiya Oyunlarında iştirak edə bilər
02.05.2008 - 11:41
Bu haqda “APA-Sport” agentliyinə Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov məlumat verib. Onun sözlərinə görə, dünya reytinq sıralamasında 111-ci pillədə qərarlaşan S.Əmrahzadəyə güzəştli kart verilməsi üçün Beynəlxalq Qılıncoynatma Federasiyasına (FİE) müraciət olunub. FİE bu məsələyə mayın 12-də İsveçrənin Lozanna şəhərində keçiriləcək toplantısında baxacaq.
Qeyd edək ki, S.Əmrahzadə aprelin 27-də Türkiyənin İstanbul şəhərində keçirilən sonuncu lisenziya xarakterli turnirdə uğursuz çıxış edib.
Qeyd edək ki, S.Əmrahzadə aprelin 27-də Türkiyənin İstanbul şəhərində keçirilən sonuncu lisenziya xarakterli turnirdə uğursuz çıxış edib.
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
0
0