Azərbaycan basketbol çempionatının finalçıları müəyyənləşib
05.05.2008 - 15:13
Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycanın kişilər arasında basketbol çempionatının finalçıları müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, mayın 7-də start götürəcək final seriyasında ötənilki çempion “NTD Servis Devon” və gümüş mükafatçı “Qala” klubları qarşılaşacaqlar. Bürünc medal uğrunda isə yarımfinalda məğlubiyyətlə üzləşən “Qərb Universiteti” və “Az.Top” klubları mübarizə aparacaqlar. Reqlamentə əsasən, rəqibini üç oyunda məğlub edən komandalar cütün qalibi elan olunacaqlar.
- “Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib
- Formula 1-in 2027-ci il təqvimi: Azərbaycan Qran-prisinin tarixi bəlli oldu
- Surfkastinq üzrə ölkə çempionatı keçiriləcək
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
0
0