Gəncədə üzgüçülük üzrə beynəlxalq turnir keçiriləcək
05.05.2008 - 16:27
Bakı. Kənan Həsənov – APA-Sport. Mayın 7-də Gəncə Olimpiya Kompleksində mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunan üzgüçülük üzrə beynəlxalq turnir başlanacaq. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Nəsibov məlumat verib. Onun sözlərinə görə, turnir yeniyetmə üzgüçülər arasında təşkil olunacaq. Mükafatlar uğrunda yığmamızın üzvləri ilə yanaşı, Gürcüstan, Özbəkistan və Çexiya üzgüçüləri də mübarizə aparacaqlar. Beynəlxalq turnirə mayın 8-də yekun vurulacaq.
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
0
0