Qubada su polosu üzrə beynəlxalq turnir başlanıb
05.05.2008 - 18:09
Quba. Elşən Məmmədov-APA-Sport. Quba Olimpiya Kompleksində mərhum prezident Heydər Əliyevin 85-ci illiyi münasibətilə su polosu üzrə beynəlxalq turnirin startı verilib. Milli komandanın baş məşqçisi Azər Babayevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, yarışda Bakının Hərbi Dəniz Qüvvələri İdman Klubu (HDQİK), Mərkəzi Ordu İdman Klubu (MOİK), Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (DBTİA) komandaları ilə yanaşı, Gürcüstan yığması da mübarizə aparır. İlk iki turda HDQİK və MOİK daha yaxşı nəticə göstərib. HDQİK Gürcüstan yığmasını 17:8, DBTİA-nı 10:6 hesabı ilə məğlub edib. MOİK isə əvvəlcə DBTİA-ya 14:8, sonra Gürcüstan millisinə 14:11 hesabı ilə qalib gəlib. Sabah HDQİK MOİK-lə, DBTİA isə Gürcüstan yığması ilə qarşılaşacaq.
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
- AMADA nümayəndələri beynəlxalq vebinarda iştirak ediblər
0
0