Pekin olimpiadasında mübarizə aparacaq Azərbaycan idmançılarının geyimləri Sloveniyada hazırlanır
07.05.2008 - 13:38
Bakı. Elşən Məmmədov-APA-Sport. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına qatılacaq Azərbaycan yığması üçün parad geyimləri sifariş olunub. Bu haqda “APA-Sport” agentliyinə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib. Onun sözlərinə görə, əsasən olimpiadanın təntənəli açılış mərasimi üçün nəzərdə tutulan geyimlər Sloveniyada hazırlanacaq. Kostyumların üzərində Azərbaycanın gerbi əks olunacaq. Pekinə yollanacağı dəqiqləşən idmançı və məşqçilərin ölçülərinin götürüldüyün deyən M.Rəhimov bildirib ki, yaxın vaxtlarda hazır geyimlərin birinci hissəsi Bakıya gətiriləcək.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0