Azərbaycan qılıncoynadanları sabah İtaliyada Avropa çempionatına qatılacaqlar
08.05.2008 - 10:34
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycan qılıncoynadanları sabah İtaliyanın Montsa şəhərində start götürəcək 23 yaşadək gənclər arasında Avropa çempionatında mübarizəyə başlayacaqlar. “APA-Sport” agentliyinin məlumatına görə, ölkəmizi bu nüfuzlu yarışda Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovun rəhbərliyi altında 6 sablyaçı təmsil edəcək. Qızların birinciliyində Səbinə Əmrahzadə ilə Sevil Bünyatova, oğlanlar arasında isə Ramin Əmirov, Cəlil Ələsgərov, Yusif Budaqov və Namiq Ağakərimov mübarizə aparacaqlar.
Qeyd edək ki, mayın 11-də baş çatacaq Avropa çempionatının hakimlər korpusunda beynəlxalq dərəcəli referi Fikrət Vəliyev yer alacaq.
Qeyd edək ki, mayın 11-də baş çatacaq Avropa çempionatının hakimlər korpusunda beynəlxalq dərəcəli referi Fikrət Vəliyev yer alacaq.
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
0
0