Azərbaycan güləşçiləri “Milone Trophy” turnirində mübarizəyə başlayırlar
08.05.2008 - 11:28
Roma. Elşən Məmmədov-APA-Sport. Sabah İtaliyanın paytaxtı Romada yunan-Roma güləşi üzrə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli I təsnifat turnirinin startı veriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, “Milone Trophy” adlanan turnirdə 60-dan çox ölkənin 230 pəhləvanı mübarizə aparacaq. Üç gün davam edəcək yarışda Azərbaycanı Vitali Rəhimov (60 kq), İlqar Abdulov (74 kq), Şalva Qadabadze (84 kq), Aydın Səfərov (96 kq) və Anton Botev (120 kq) təmsil edəcək. Turnirin proqramına əsasən, əvvəlcə döşək üzərinə Ş.Qadabadze çıxacaq. Mayın 10-da mübarizəyə V.Rəhimovla A.Səfərov qoşulacaqlar. Yarışın son günündə isə İ.Abdulovla A.Botev qüvvələrini sınayacaqlar. Hər çəkidə dörd mükafatçı sırasına düşən idmançılar Pekin Olimpiadasına vəsiqə qazanacaqlar.
Qeyd edək ki, güləşçilərimiz İtaliya paytaxtına məşqçilər Bəhram Mürvətovla Akif Əliyevin rəhbərliyi altında gediblər. Baş məşqçi Elçin Cəfərov isə artıq Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş Avropa çempionu Rövşən Bayramov (55 kq), eləcə də dünya və Olimpiya çempionu Fərid Mansurovun (66 kq) hazırlığı ilə məşğul olmaq üçün Bakıda qalıb.

0
0