“Atasport” Avropa Klub Çempionları Çelenc-3 turnirində ilk qələbəsini qazanıb
08.05.2008 - 15:00
“Atasport” Avropa Klub Çempionları Çelenc-3 turnirində ilk qələbəsini qazanıb
Bakı. Aqşin Əliyev-APA-Sport. Bu gün Slovakiyanın paytaxtı Bratislavada kişilər arasında otüstü hokkey üzrə Avropa Klub Çempionları Çelenc-3 yarışı start götürüb. Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, B qrupunda yer alan Bakının “Atasport” klubu turnirə qələbə ilə başlayıb. Macarıstan “Epitok”u ilə qarşılaşan komandamız rəqibini minimal fərqlə məğlub edib – 2:1. “Atasport”un qollarına Vitali Çequrko və Fərid Şahbazov imza atıblar. Saleh Hüseynovla Yusif Qasımovun rəhbərlik etdiyi kollektiv sabah Finlandiyanın “Tempu” klubu ilə qüvvəsini sınayacaq. Təqvimə əsasən, “Atasport” qrup mərhələsində son görüşünü mayın 10-da “Pliva Lipovçi”yə (Sloveniya) qarşı keçirəcək. Otüstü hokkeyçilərimiz qrupda ilk iki pillədə qərarlaşacaqları təqdirdə, A qrupunun bir komandası ilə görüşəcəklər. Turnirin iki ən yaxşı klubu növbəti mövsüm Çelenc-2 divizionunda iştirak hüququ qazanacaq.
0